Cümə axşamı , Oktyabr 3 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Ana Dili Günü ilə bağlı bildirişi

GADTB: Artıq bütün dünya millətləri 21 fevralı Beynəlxalq Ana Dili Günü kimi qeyd edir. Bu günün ana dili günü kimi elanı 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 öyrəncinin öldürülməsi hadisəsi ilə bağlıdır. 1999-cu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatı Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Bu gün Güney Azərbaycanda Azərbaycan Türk Milləti də faşist İran rejiminin irqçi siyasəti nəticəsində ana dilində təhsil hüququndan məhrum edilib. Bir əsrə yaxın fars müstəmləkəçiliyi nəticəsində Azərbaycan Türk Milləti öz ana dilində təhsil və savaddan məhrum olub. Bu irqçi siyasət millətimizin mənəvi soyqırımı və bir millət kimi məhvinə hesablandığı üçün böyük fəlakətlərlə nəticələnmişdir. Azərbaycan Türk Millətinin ədəbi dilinin məhvindən əlavə, bu millətin dilində elm, texnika, tibb, sənaye və onlarla digər sahələri əhatə edən milli-mənəvi və elmi-texniki potensialının formalaşmasına mane olmaqla, həmin potensial məhv edilmişdir. Bu isə yüz milyardlarla kompensasiya edilməyən böyük bir xəsarət və əslində təsəvvürə gəlməz fəlakət deməkdir. Bu cinayəti irqçi fars rejimi törətmiş və bu gün də bu cinayətə var gücü ilə davam etməkdədir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, irqçi fars rejim Güney Azərbaycanda öz dili və varlığını qoryub saxlamağa çalışan onlarla Azərbaycan türkünü şəhid edib, minlərlə azərbaycanlını həbs və işgəncələrə məruz qoymuş və qoymaqdadır. Lakin tayı-bərabəri görünməmiş bu zülm Azərbaycan türk millətinin iradəsini sındıra bilməyib. Güney Azərbaycanda Azərbaycan Türk Millətinin igid oğul və qızları ən ağır şəraitdə dirənişə davam edib, Azərbaycan Türk Millətinin bütün hüquqları, ən əsası da müstəqilliyinin bərpa edilməsinə çalışırlar.

Dil insan həyatında ən önəmli yerə malik olduğu üçün beynəlxalq hüquq, konvensiyalar və özəlliklə 1948-ci ildə qəbul edilən insan haqları konvensiyasında vaz keçilməz bir haqq kimi təsbit edilmişdir. Lakin Güney Azərbaycanın irqçi fars rejimi tərəfindən işğalı nəticəsində millətimizin təkcə dil hüququ pozulmur, bəlkə bütün hüquqları pozulur, yeraltı sərvətləri talanır, ekologiyası və tarixi abidələri məhv edilir. Azərbaycan türk millətinin artıq tək yolu var, o da müstəqillikdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan türk millətinin dil hüququ uğrunda mübarizəsini dəstəkləməklə yanaşı Güney Azərbaycanda Azərbaycan Türk Millətinin qurtuluşunun əsas yolunun sırf müstəqillik olduğuna bir daha təkid edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İsrail Suriyada silah anbarını bombalayıb, Sepah-ın hərbi müşaviri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Sepah-ın Suriyadakı hərbi müşaviri Məcid Divanini üç …

Təbrizdə tarixi Gülüstan bağının dağıdılması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Təbrizdə tarixi Gülüstan bağıtmağa davam …