Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xocalı soyqırımı barədə bildirişi

GADTB: Fevralın 25-də erməni silahlı qoşunu SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edərək, şəhəri hər tərəfdən mühasirəyə aldılar. Ermənilər axşam çağından şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Hər tərəfdən mühasirə alınmış dinc əhali, uşaqlar, qadınlar, yaşlıların bir hissəsi ermənilərin atəşi nəticəsində qətliam edildi. Fevralın 26-ı səhər saat 5-də şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq şəhəri yerlə yeksan etmiş erməni qoşunu və rus motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdub, onları qəddarlıqla soyqırıma məruz qoymuşlar.

Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi.

Ermənilərin Azərbaycan türk millətinə qarşı soyqırım siyasəti tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə iki yüz ildən çox bir müddətdir davam edir və 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə bu soyqırəm siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı soyqırımın qurbanı olmuşdur. 1918-ci ildə təkcə Güney Azərbaycanın qərb bölgəsində- Urmiya, Salmas və Xoy ərazilərində ermənilər rəsmi statistikaya görə 200 min Azərbaycan türkünü soyqırımla məhv etmişlər.

Ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alan Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın