Cümə axşamı , İyun 30 2022
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi Əhvazın ərəb xalqına başsağlığı mesajı

GADTB: İbadanda Əhvazın ərəb xalqının başına gətirilən faicə işğalçı İran rejiminin senzura edə bilmədiyi zülmünün kiçik bir nümunəsidir. Bu faciə xəbəri Əhvaz sərhədlərini keçərək, Əhvazın ərəb xalqına qarşı zülmünün kiçik bir hissəsini dünya ictimaiyyətinə çatdıra bildi.

Son yüz ildə İranın işğalçı rejimi Əhvazın ərəb xalqının sərvətləri və var-yoxunu amansızcasına talayıb, Əhvazın ərəb millətini yoxsullaşdırıb, Ərəb Əhvaz ölkəsinin infrastrukturunu məhv edərək, buranın qeyrətli ərəb xalqının həyatını məhv edib. Son bir neçə ildə minlərlə əhvazlı işğalçılar tərəfindən edam edilib, öldürülüb, işgəncələrə məruz qalıb və hətta ən dəhşətlisi keçən il Əhvazın ərəb etirazçılarının qəsdən  qamışlığı yandırmaqla diri-diri yandırılması və qətliam edilməsi olub. Təəssüflər olsun ki, onlarla belə cinayətlər mətbuatda işıqlandırılmayıb və Əhvazın ərəb xalqının işğalçı İran hökumətinin cinayətlərini dilə gətirmək məqsədilə hayqırtıları dünya ictimaiyyətinə çatmayıb.

İbadan azadlığın qalası və müqavimət şəhəridir. Heç kimə sirr deyil ki, işğalçı Pəhləvi rejimi tərəfindən Abadanın Reks kinoteatrında Əhvazın ərəb xalqının yandırılması onun devrilməsinə səbəb oldu. İbadanda ərəb millətinin başına gətirilən hazırkı bu faciə və bəlanın işğalçı İran rejiminin sonunun gəlməsinə başlanğıc olacağı da şübhəsizdir.

Güney Azərbaycan İstiqlalçılar Birliyi bildirir ki, İranın işğalı altında olan bütün qeyri-fars xalqlara, xüsusilə Əhvazın ərəb xalqı və İbadanda əhaliyə qarşı törədilən bütün cinayətlərə və faciəli hadisələrə görə birbaşa işğalçı İran rejimini məsuliyyət daşıyır. Biz bu cinayəti törədənləri pisləyir və bildiririk ki, işğalçı İran rejimi ərəb törpaqları və ümumiyyətlə qeyri-fars millətlərin ərazilərindən çıxmayana qədər qeyri-fars millətlər çoxlu belə faciələrlə qarşılaşacaq. Bu cinayətlərə son qoymağın təkcə yolu İranın işğalçı rejiminin qeyri-fars millətlərin ərazilərindən çıxarılmasıdır.

Güney Azərbaycan İstiqlalçılar Birliyi Əhvazın ərəb xalqına başsağlığı verərək, bildirir ki, sizin dərdiniz bizim dərdimizdir və bu ümumi dərdin ortaq dərmanı var. Bu isə ümumi düşmənimiz olan işğalçı İran rejiminə qarşı amansız mübarizəmizdir.

Dəyərli mübarizə yoldaşlarımız

Güney Azərbaycan Türk Milləti sizin dərdizə şərikdir və biz bütün ağrılara son qoymaq və fars işğalından qurtarmaq üçün çiyin-çiyinə mübarizə aparıb və fars işğalçılarını mütləq torpaqlarımızdan qovacağıq.

Qələbə bizimdir

Azərbaycan   Əl-Həvaz  birlik, bilik!

Güney Azərbaycan İstiqlalçılar Birliyi

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …