Çərşənbə , Fevral 11 2026
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi İsveçdə 22 May qiyamının ildönümündə konfrans keçirəcək

GADTB: Güney Azərbaycan İstiqlalçılar Birliyində birləşən Güney Azərbaycan Demokratik Türk Birliyi, Güney Azərbaycan İstiqlal Partiyası və Güney Azərbaycan Milli Yol Təşkilatı Güney Azərbaycanda 22 May qiyamının ildönümü münasibətilə İsveçin paytaxtı Stokholm şəhərində “Güney Azərbaycanın problemləri və istiqlala gedən yol” adı altında konfrans keçirəcəklər.

“Güney Azərbaycanın problemləri və istiqlala gedən yol” konfransı 2018-ci il may ayının 19-da Stokholmda Kista torget 7 ünvanında 15:30-dan 18:30-dək keçiriləcək.

Konfransda Güney Azərbaycanın istiqlalçı təşkilatları Güney Azərbaycanın 22 May qiyamı və Azərbaycan milli hərəkatının bugünkü durumu, eləcə də istiqlal uğrunda mübarizənin vəziyyəti müzakirə ediləcək.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın