Çərşənbə , İyun 7 2023
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi İsveçin parlamenti və Xarici İşlər Nazirliyində 22 May qiyamının ildönümü münasibətilə iclas keçirəcək

GADTB: Güney Azərbaycan İstiqlalçılar Birliyində birləşən Güney Azərbaycan Demokratik Türk Birliyi, Güney Azərbaycan İstiqlal Partiyası və Güney Azərbaycan Milli Yol Təşkilatı Güney Azərbaycanda 22 May qiyamının ildönümü münasibətilə İsveçin parlamenti və Xarici İşlər Nazirliyində  “Güney Azərbaycanın problemləri və istiqlala gedən yol” adı altında iclas keçirərək, Güney Azərbaycanda milli azadlıq hərəkatı və Azərbaycan türk millətinin hüquqlarının tapdanması müzakirə ediləcək.

“Güney Azərbaycanın problemləri və istiqlala gedən yol” iclas 2018-ci il may ayının 23-də Stokholmda İsveç Parlamentində Risk gaten 1 ünvanında saat 12:30-dan 15:30-dək keçiriləcək.

İclasda Güney Azərbaycanın istiqlalçı təşkilatları isveçli rəsmilər və millət vəkilləri ilə Güney Azərbaycanın 22 May qiyamı və zülmə məruz qalan millətimizin hərəkatının vəhşicəsində yatırılması, çoxsayda sivil etirazçının şəhid edilməsini, eləcə də Azərbaycan milli hərəkatının bugünkü durumu və Azərbaycan türk millətinin müstəmləkədən qurtarmaq uğrunda mübarizəsinin vəziyyətini müzakirə edəcəklər.

Həmçinin yoxlayın

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Türkiyənin “Qızıl alma” PUA-sı F-16-larla uçdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” …

Bir cavab yazın