GADTB: 21 Azər yeni 21 azəri gözləyir
Azər ayının 21-i millətimizin iradəsilə yaradılan milli hökümətimizin qurulmasının ildönümüdür. Şanlı 21 Azərin ildönümü bu il elə bir zamana raslamaqdadır ki, vətənimiz Azərbaycanda və İran deyilən yerdə və eləcə də məntəqəmizdə köklü dəyişikliklərin şahidi olacağiq. Yalnız Güney Azərbaycanımızda deyil, ümümiyyətlə İran deyilən millətlər dustağında əsir millətlər istiqlaliyyət uğrunda cidi savaş (mübarizə) aparmaqdadırlar.
Bu da Tehranda oturan irqçi terrorist hakimlərin və onların ərbablarının ürəyinə vəlvələ salmışdır. Buna görə də öz basqı və terrorlarını artıraraq, hər bir danışan dili kəsməyə çalışırlar. Amma bunların heç biri köləliyə, istismara və müstəməlkəçiliyə qarşı başlanan savaşı durduranmayacaqdır. Millətimiz başqa xalqlarla birgə azadlığa, özgürlüyə olan inamını itirməyəcəkdir. Millətimiz bu inamı 7500 illik ğürurlu tarixindən aldığı bir irsdir. Millətimizin and içmiş düşəmənləri bu ğürurlu milləti parçala hakimiyyət et siyasətinin üstündən 200 il keçsə də bu siyasət bu gün də davam etməkdədir. Elə Güney Azərbaycanı Ərak, Həmədan, Zəngan, Qəzvin, Ənzəli, Astara, Bicar və Ərdəbil … kimi ostanlara bölmək və son günlərdə hətta Qərbi Azərbaycanı «Urmiya ostanı» adlandırmaq sözünü etdiyimiz müstəmləkəçı siyasətin göstərgəsidir. Eyni zamanda millətmizin bu and içmiş düşmənlərinin bu çirkin əməllərinin arxasında uzun vədəli assimilyasiya, yəni millətimizi öz içşindən əritmə siyasəti yatır. Onlar bizim varlığımızın, milli kimliyimizin rəmzi olan Azərbaycan və Azərbaycançılığı hədəf almışlar. Yəni onlar bu kimliyi və Azərbaycançılıq düşüncəsini və fikrini əlimizdən almağa çalşırlar. Və bu əyalətlərdə get-gedə yerli əhalinin strukturunu dəyişməklə farsçılığı və irançılığı beyinlərə soxmaq istəyirlər. Amma millətimizin aydın və ziyalıları ayıq, gəncləri və qurtuluşçuları Tehran rejiminin bu fitnəkar əməllərini və onların hədəflərini yaxşı başa duşur. Buna görə də milli qurtuluş savaşına inamı daha da artır. Onlar öz aralarında olan səliqə fərqliklərini, şəxəsiyyətpərsətliyi, yerlibazlığı, şöhrətbazlığı, bir yana qoyub, millətimizin düşəmənlərinə qarşı bir yumruq kimi birləşib, qol- qola girib mübarizə səflrini sıxlaşdırmaqdadırlar.
İstiqlaliyyətimizin simvolu olan üç rəngli bayrağımızı özlərilə daşıyırlar. İstiqlaliyyətə, azadlığa inam o qədərdir ki, lazım gəldikdə silah ələ alaraq, uşağından yaşlısına qədər, qızlı-oğlanlı fars işğalçılarına qarşı son nəfəsə qədər savaşacaqdır. Azadlığımızın, varlığımızın simvolu və siməgəsi olan milli bayrağımızı müstəqil Azərbaycanımızın hər bir bucağında dalğalandıracaqdır. O gün Quzey Azərbaycanımızda olduğu kimi, Güney Azərbaycanımızda yadların hakimiyytinə, ağalığına son qoyulacaqdır.
Eşq olsun milli qurtuluş uğrunda savaşanlara
Var olsunGüney Azərbaycanımızın İstiqlaliyyəti
Yaşasın şanlı 21 Azərin ulu xatirəsi