Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Azərbaycanın vətən müharibəsi ilə bağlı bildirişi

GADTB: Azərbaycanın qəhrəman ordusunun işğal olunmuş topraqlarımızı işğaldan bir-bir azad edərək, müzəffər yürüyüşü hər bir Türkü özəlliklə də Azərbaycan Türkünü qürurlandırıb sevincinə səbəb olmuşdur. Unutmayaq ki, Azərbaycan bu savaşda təkcə  Ermənistanla deyil İran işğal rejimi, rus imperializmi, Fransa kimi türk düşmənləri ilə savaşırdı. Onlar birbaşa Ermənistana maddi-mənəvi və silah yardımı edirdilər, eləcə bütün dünya mediyası Azərbaycanın əleyhinə və qərəzli fəaliyyət göstərirdi. Azərbaycan dirənərək savaşdı və ağır yollardan keçərək bu qələbəyə çatdı. Rus ordusu 90 dəqiqəyə müdaxilə edərək savaşın taleyini dəyişdərməyə çalışsa da, ancaq Azərbaycanın dik duruşu, özəlliklə də Türkiyənin kəskin mövqeyi Rusiyanın bu planının qarşında dayandı. Ordumuz torpaqlarımızın son qarışınadək azad edəcək əzm ve istəyi nümayiş etdirərək, israrla bütün işğal qüvvələrini qısa zamanda Azərbaycan ərazisini tərk etmək məcburiyyətində buraxdı.

Azərbaycan bu vətən müharibəsində tək yumruq olaraq, dünyanın  basqılarına baxmayaraq bu qələbəni qazandı. İgid əsgərlərimiz gözünü qırpmadan ölümə yürüyərək, analar gözünü qırpmadan övladlarını şəhadətə göndərərək, Ali Baş Komandan gözünü qırpmadan bütün basqılara sinə gərərək dik duruşu ilə bu nailiyyətlərə ulaşdıq.

Əgər 10 milyonluq Quzey Azərbaycan dünyaya meydan oxuyub ve 30 illik işğalı 30 gündə aradan qaldırıbsa, biz 35 milyon Güney Azərbaycan türkləri dünyanın nifrətinə tuş gəlib izolə edilmiş, sanksiyalarla zəiflədilmiş və dağılmağa doğru gedən İran rejimini  iti qovan kimi qovub torpaqlarımızı işğaldan azad edib Güney Azərbaycan müstəqil dövlətini qurub bütöv Azərbaycana doğru addımlamalıyıq.

Xatirladaq ki, bir çıxışımızla İran işğal rejimini 30 illik erməni dəstəyinə tövbənamə yazmasına qədər geri oturtduq. Eyni iradə ilə onu qovub torpaqlarımızdan çıxara bilərik. Buna sübutumuz da torpaqlarımızı 30 il işğal edib Ermənistanlaşdırmaq cəhdini 30 gündə alt-üst etməyimizdir. Biz də İranın Güney Azərbaycanı iranlaşdırma çabasını yenib, işğalçı İranı iti qovan kimi qovub torpaqlarımızdan çıxara bilərik.

Zəfər bizimdir!

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB)

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın