Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Güney Azərbaycanda 18 Aban qiyamının ildönümü ilə bağlı bildirişi

GADTB: Yaşasın 18 Aban qiyamının şanli xatirəsi

Hörmətli vətəndaşlar,

Bu gün aban ayının 18-dir. Dörd il öncə irqçi rejimin telviziyalarında həyasızcasına millətimizə qarşı edilən təhqirlər, Güney Azərbaycanın bütün şəhərlərində, hətta Tehranda xalqımızı küçələrə tökülərək, cinayətkar ـ fundamentalist rejimin təhqir və alçaldıcı verilişlərinə qarşı öz haqlı etirazlarını bildirməyə çalışdılar. Lakın dünya terrorizminin sərkərdəsi olan bu rejimin əli silahlı quldurları bu haqlı səsi boğmağa çalışdılar.

Milyonları aşan bu etiraz dalğası millətimizin içində müstəmləkəçi ـ irqçi Tehran rejiminə qarşı olan nifrəti göstərmklə yanaşı bir qüdrət nümayişi idi. Eyni zamanda yaxın gələcəkdə Azərbaycan millətinin məntqədə oynayacağı siyasi, ictmai oluşumların carçısı idi.

İşğalçı rejim millətimizin bu əzəmətli etirazından əl ـ ayağa düşərək, sözdə muzdurlarını işdən uzaqlaşdırıb, millətimizin yanında olduqlarını iddia etsələr də, əlləri millətimizin qanına bələşən quldurları vəzifələrində saxladılar.

İşlədikləri cinayətlər üçün hüquqi təqibə məruz qalmadılar. Çünki, pərdə arxasında bu təhqirlər onların göstərişi ilə həyata keçirilmişdir. Onların millətimizə qarşı düşmənçilik siyasəti keçən yüz illiyin əvvəllərindən başlamış (Pəhləvi rejimi hakmiyytə gətirilənədən) və bu günə qədər davam etməkdədir. Təəsüflə fars irqçilərinin bu düşmənçilik siyasətinə ad, məqam, para düşgünü olan kökü özümüzdən olan baltalar da mövcuddur.

Fars irqçilərinin bu əməlləri onların qüdrətli olduğunu yox, əksinə özlərində kiçik görmə komplekslərindən doğan hərəkətlərdir. Onlar özgələri təhqir etməklə və kiçik göstərməklə öz nöqsanlarını gizlətməyə çalışırlar. Beləliklə, bu çirkin əməllərindən zövq alırlar. Buna görə də millətimiz davamlı olaraq, Tehranda oturan ruhi xəstələrin sazı ilə oynamaqdan cana gəlmiş, səbir kasası dolmuşdur. Millətimiz artıq öz yolunu seçmişdir. Millətimiz insana layiq, müstəqil və azad yaşamaq istəyir. Öz hüquqi dövlətini qurub mədəni millətlərlə bir arada olmağı tərcih edir. Cəhaltə, fəlaktə, geri qalmışlığa son qoymaq niyyətindədir. Bu hədəfinə ulaşmaq üçün yolunu Tehradan ayıraraq, özüـözünü idarə etmək istəyir. 18 aban da əməldə göstərdiyi kimi işçisi, müəllimi, əsnafı, karməndi, öyrəncisi və… qol ـ qola girərək bu hədəfə ulaşmaq üçün addımlayacaqlar. Bu müqəddəs yolda hər cür fədakarlığa hazırdırlar. Amma üzü qaralıq millətimizin düşməni olan irqçi terrorisətlərə, dini özlərinə alət edən fundamentalisətlərə qalacaqdır.

Yaşasın 18 abanın ulu xatirəsi!

Eşq olsun azadlıq, müstəqillik və ictmai ədalət uğrunda savaşanlara!

Yaşasın Azərbaycan . . . .

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın