Cümə axşamı , Yanvar 28 2021
azfa

Güney Azərbaycan Qarabaöğ məsələsində ermənipərəst İranı geri oturtdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda on minlərlə insanın mitinqlərə çıxaraq, yüz minlərlə insanın isə sosial media üzərində İranın işğalçı Ermənistanı Azərbaycana qarşı dəstəkləməsinə etirazları və hətta Güney Azərbaycan Milli Hərəkatının ermənipərəst İran rejiminə ultimatomu rejimi geri oturdu. Azərbaycanın əks hücumunu dayandırması və ərazilərin işğalda qalmasını tələb edən İran Güney Azərbaycanda kütləvi dirənişdən sonra sözdə də olsa Azərbaycanın ərazi bütövlüyünün təmin edilməli olduğu elan edib.

Bununla bağlı Xamneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti məcbur olaraq deyib “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır”.

Ermənistanla Azərbaycan arasındakı ixtilafın hərbi yolla həllinin qeyri-mümkün olduğunu vurğulayan Əli Əkbər Vilayəti Türkiyə və Fransanın münaqişə tərəflərinə dəstəyini tənqid edərək deyib ki, Ermənistan öz qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkməlidir: “Hesab edirik ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır. Biz sionist rejimin Fələstin ərazilərini işğal etməsinə müxalif olduğumuz kimi, burada da eyni mövqedən çıxış edirik. Bu ixtilafı hərbi yolla yox, siyasi danışıqlar yolu ilə həll etmək lazımdır.

Əli Əkbər Vilayəti ilə yanaşı İran hökumətinin sözçüsü Əli Rəbii oktyabrın 6-da mediaya açıqlamasında təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini işağl etməsindən danışaraq, rəsmi Tehranın bununla bağlı mövqeyini açıqlayıb və deyib: “Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına təkid edirik”.

O həmçinin mövzeyini sözdə də olsa dəyişmək məcburiyyətində qalaraq deyib “Biz Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına təkid edirik. Bu bizim mövqeyimizdir və bunu əvvəllər də bildirmişik. Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir.

Hesab edirik ki, bu münaqişə hərbi yolla yox, danışıqlar yolu ilə öz həllini tapmalıdır. Biz həmçinin üçüncü tərəflərin bu münaqişəyə qarışmasını ziyanlı hesab edirik. Biz, sərhədyanı bölgələrimizdə vətəndaşlarımızın canının təhlükəyə düşməsindən nigaranıq. Biz regionda sülhün bərqərar olunmasının tərəfdarıyıq.

İran öz ərazisinə qarşı hər hansı bir təcavüzü, bilməyərəkdən olsa belə, qəbul etmir. Bizim iki qonşumuz olan Həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlərimiz var. Məhz buna görə də, biz bu savaşın tezliklə başa çatmasını istəyirik”. Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edirdi. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur. Oktyabrın 1-də Güney Azərbaycanın əksər  şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

Həmçinin yoxlayın

İran rejim Anar adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antitürk İran rejimi Anar adına görə azərbaycanlı körpəyə …

İran Xarici işlər naziri: “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ərazilərini işğal edən Ermənistanı dəstəkləyən İran Ermənistanın …

Bir cavab yazın