Şənbə , Oktyabr 1 2022
azfa

Güney Azərbaycan şəhərləri ayaqda: “Azadlıq, ədalət, Milli Hökumət”- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sentyabrın 20-i axşam saatlarında Güney Azərbaycan şəhərləri, o cümlədən Təbriz, Tehran, Zəncan, Ərdəbil, Həmədan, Urmiya, Ərak, Qəzvin və s. şəhərlərdə Azərbaycan türkləri irqçi və irticaçı fars rejimi və diktaturaya qarşı küçələrə axışıb.

Güney Azərbaycanın Təbriz şəhərində etirazçılar milli hüquqları uğrunda şüarlar səsləndiriblər.

Azərbaycanlı etirazçılar ” Azadlıq, ədalət, Milli Hökumət”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “durub baxan biqeyrət”, “Azərbaycan var olsun-istəməyən kor olsun və s. şüarlar səsləndiriblər.

İrqçi və irticaçı fars rejimi Güney Azərbaycan şəhərlərin xüsusi təyinatlı qüvvələr yeridib və etirazçılarla toqquşma baş verib. Zəncanda rejimin qüvvələri əhaliyə atəş açıb.

Çox sayda yaxalanların olduğu bildirilir.

https://www.youtube.com/watch?v=msCBzLQru90

https://www.youtube.com/watch?v=AghVIYISy9k

https://www.youtube.com/shorts/h73twgK3AxU

https://www.youtube.com/shorts/YYZp1NmO1nY

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …