Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin bəyanatı

GADTB: Böyük Azərbaycan milləti yenə də ”Azadlıq, ədalət, milli hökumət!”, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə!”, Ölüm olsun diktatora, ölüm olsun Xaməneyiyə!”  şüarları ilə faşist fars İran rejiminin istibdadına qarşı kütləvi etirazını ortaya qoydu və aparıcı milli, siyasi gücünü nümayiş etdirərək, Güney Azərbaycan coğrafiyasında milli-demokratik dövlətçilik istəyini səsləndirdi. Kütləvi etirazlarda qadın hüquqları, ətraf mühit və bütövlükdə Azərbaycan türk millətinin pozulmuş milli hüquqlarının müdafiəsi və əsasən Türk dilində səslənən milli şüarlar onu göstərdi ki, Güney Azərbaycan Milli Hərəkatı müstəqildir, heç bir irançı cərəyana bağlı deyil və olmayacaqdır. 

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq, millətimizdən və özəlliklə də qeyrətli Azərbaycan gənclərindən istəyirik ki, İran rejiminin faşist ideologiyası və basqıçı siyasətinə qarşı kütləvi etirazlarını davam etdirsinlər və milli istəklərini dünyaya Türk dilində səsləndirərək çatdırsınlar.

Biz İşbirliyi mərkəzi olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik.

Görüşümüz axşamçağı Güney Azərbaycan şəhərlərinin  meydanlarında.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi

Azadlıq Cəbhəsi (GAMAC)

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)

Güney Azərbaycan  Demokrat Partiyası (GADP)

Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)

Güney Azərbaycan  Demokratik Türk  Birliyi (GADTB)

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …