Cümə , Yanvar 21 2022
azfa

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil, Qəzvin və başqa bir neçə şəhərdə  müəllimlər Təhsil İdarəsi binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Etirazçı müəllimlər irəli sürdükləri problemlərinin həll olunmadığı və tələblərinin yerinə yetirilmədiyi ilə bağlı yenidən etieaz aksiyası keçiriblər.

Azərbaycanlı müəllim və təhsil işçiləri təhsil sahəsində çalışanların hüquqlarının pozulmasına, ölkənin illik büdcəsindən təhsil sahəsinə cüzi vəsait ayrılmasına, rütbələndirmə qanununun icra olunmamasına, əmək haqları və təqaüdlərin bərabərləşdirilməməsinə etiraz ediblər.

Qeyd edək ki, bundan öncə də müəllimlər bütün şəhərlərdə oxşar tələblərlə etiraz aksiyası keçirmişdilər. lakin rejim onların tələblərini yerinə yetirməyib.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …