GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın müxtəlif vliayətləri o cümlədən Şərqi və Qərbi Azərbaycan, Zəncan, Mərkəzi vilayətlərdə rabitə sahəsində çalışmış təqaüdçülər etiraz aksiyası keçiriblər
Narazı təqaüdçülər müavinətlərinin yetərsiz olması və tələblərinin hökumət tərəfindən yerinə yetirilməməsindən şikayətlənirlər.
Həmçinin Həmədanda SEPAH-a bağlı Sepəh Bank və Məskən Bankın bir sıra filiallarının işçiləri səhər saatlarında xidmət göstərməkdən imtina edib və bununla bağlı iş masalarının üzərinə bildiriş yerləşdiriblər.