Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

Güney Azərbaycan şəhərlərindən aclıq aksiyası keçirən Abbas Lisaniyə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar aclıq aksiyası keçirən Abbas Lisaniyə dəstək məqsədilə şəhərlərin divarlarında şüarlar yazıblar.

Güney Azərbaycanın Xalxal, Qoşaçay, Muğan və s. şəhər və bölgələrində bu məqsədlə şüarlar yazılıb.

Xalxal şəhərinin girişində divarlara “Abbas Lisani: Mədəni mübarizə bizim qələbə rəmzimizdir”, “Biz hamımız Abbas Lisaniyik”, “Free Abbas Lisani” və s.  şüarlara yazılıb.

Azərbaycanlı fəallar Qoşaçat və Muğanın Parsabad şəhərində də oxşar şüarlarla azərbaycanlı fəalı dəstəkləyiblər.

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …

Bir cavab yazın