Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycana Quzeydən təşəkkür: Gözəl Təbriz, sənin cavabınla fəxr edirik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın irqçi fars rejim və işğalçı Ermənistana kəskin cavabı Quzey Azərbaycanda məmnunluqla qarşılanıb. Təbrizlilər və ümumiyyətlə, güneyli soydaşlarımızın Nikol Paşinyanın Tehran səfərinə və bu səfər zamanı “Ararat” idman klubunda erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır və Son” plakatının qaldırılmasına kəskin etirazlarına və aksiyalarına millət vəkili Qənirə Paşayeva münasibət bildirib.

Azərbaycanlı millət vəkili yazıb:

Ah gözəl Təbriz! Sənin hər zaman Vətənə, Azərbaycana pislik edənlərə, düşmən baxanlara, düşmənçilik edənlərə, qeyri-səmimilərə verdiyin cavablarla fəxr etmişik. Bu cavabın kimi…

İşğalçı Ermənistanın Baş naziri Paşinyanı Xocalı soyqırımının ildönümü günlərində İranda, rəsmi Tehranda isti görüşlərlə qarşılayanlara, İslam birliyindən dəm vurub 1 milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən Ermənistan rəsmiləri ilə İranda qucaqlaşanlara, dostluq nümayiş etdirənlərə, qucaq açanlara çox gözəl cavab verdin, Təbriz! Səni çox sevirik ey əziz Təbriz və “Traktor”! Sən İranda “Qarabağ ermənilərindir” kimi şüar açan ermənilərə və onun önündə selfi çəkdirib paylaşan Paşinyana da gözəl cavab verdin!

Qarabağ Azərbaycan torpağıdır və onu mütləq azad edəcəyik, bu məsələdə Bakıdan Təbrizə bütün azərbaycanlılar birlik içindədir deyərək!

Var ol Təbriz! İnşallah, Qarabağı bir millət olaraq mütləq azad edəcəyik!

 

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın