Cümə axşamı , Aprel 15 2021
azfa

Güney Azərbaycanda Araz çayı boyunca meşələrdə yanğın olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsində Araz çayı boyunca meşə yanğınları meydana gəlib. Dünəndən başlayan yanğın nəticəsində meşənin bir qismi tamamilə məhv olub.

Şahidlərin sözlərinə görə, yanğın təxminən axşam saat 6-da başlayıb. Güclü külək səbəbindən alov sürətlə yayılıb və geniş bir ərazini əhatə edib.

Muğana yaxın ərazilərdə meydana gəlmiş yanğını söndürmək üçün bölgəyə yanğınsöndürmə qüvvələri cəlb olunub. 3 saatdan sonra yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …