GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əmniyyəti qüvvələr Meşkində Aydın Zakiri, Vəhid Xavəndi, Siyamək Seyfini döyərək tutuqlayıblar. Bildirək ki, Güney Azərbaycanın bütün şəhərlərində hərbi vəziyyət hakimdir. Ermənipərəst İran akimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycan ordusuna dəstək mitinqi keçirən aksiyaçıları qorxutmaq məqsədilə məşqi güllə atmağa cəhd edilib.
Bunlara rəğmən on minlərlə insanın mitinqi Güney Azərbaycanın əksər şəhərlərində davam edib.
Qeyd edək ki, tutuqlanan bir çox milli fəalın adı və haraya aparıldığı bəlli deyil.
Qarabağa dəstək çağırışından sonra rejimin təhlükəsizlik qüvvələr milli fəalların evlərinə gediblər. Adı açıqlanan həmin milli fəallardan biri Meşkinşəhrdə yaşayan Siyamək Seyfi, o biri isə Kazım Səfabəxşdir.
Siyamək Seyfinin atası evinə gedən təhlükəsizlik qüvvələri fəalın burada olmadığını öyrəndikdən sonra evdə axtarış aparıblar. Onlar axtarış zamanı ev sakinlərini təhdid etməklə yanaşı, bütün əşyaları alt-üst ediblər. Əmniyyəti qüvvələr fəalların tezliklə bu idarəyə müraciət etmələrini istəyiblər. Qeyd edək ki, Siyamət Seyfi əmniyyəti qüvvələr tərəfindən bir neçə dəfə həbs olunub.
Bu xəbər məlumat əldə edildikcə yenilənəcək
mitinqin videolarına buradan baxa bilərsiniz