Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanda Rejimin yaratdığı problemlər gəncləri kütləvi intihara sürükləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin Güney Azərbaycanda yaratdığı ictimai və iqtisadi problemləri gənclər arasında intihar hallarının kəskin artmasına səbəb olub. Təkcə bir gündə ona yaxın insan intihar edir.

Məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərlərində bir neçə intihar hadisəsi qeydə alınıb. May ayının 6-da Sulduzda 3 azərbaycanlı qız şagirdi eyni vaxtda intihara cəhd göstəriblər. Zəhərli həb qəbul edən gənc qızlardan birinin öldüyü bildirilir. Məlıumata görə, intihara cəhd göstərən qızlardan biri ölüb, digəri isə komaya düşüb. Həmin qız hazırda Urmiya xəstəxanasında həkim nəzarəti altındadır. Üçüncü qız isə intihar anında öz fikirindən daşınıb.”

Eyni zamanda həmin gün digər dəhşətli intihar hadisəsi Ərdəbil şəhərində baş verib. Bir azərbaycanlı gənc ana 2 yaşlı qızını öldürdükdən sonra özünü hotelin 5-ci mərtəbəsindən ataraq intihar edib.

Məlumata görə, uşağının canına qıyan ana hadisədən 24 saat sonra intihar edib, iki yaşlı uşağın cansız bədəni qaldıqları otaqda yatağın üstündə tapılıb.

Hadisə yerində canına qəsd edən gənc ananın yazısı və çox sayda zəhərli həb tapılıb. Məlum olub ki, ana körpə uşağını ona zəhərli həb yedizdirərək öldürüb.

May ayının 4-də də bir gənc qız özünü Ərdəbilin Danişabad körpüsündən ataraq intihara cəhd göstərib və ağır bədən xəsarəti alıb.

Bu intihar hallarının irqçi fars rejiminin Güney Azərbaycanda yaratdığı dözülməz iqtisadi və ictimai məsələlərlə sıx bağlıdır.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın