Şənbə , İyul 19 2025
azfa

Güney Azərbaycandan 2 bacı İsveç parlamentinə seçildilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, isveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçiliblər.

26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.

Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

Bu uğurlar münasibətilə azərbaycanlı qızlarımızı, həmçinin həmin azərbaycanlı qızların atası sayın Mahmud bəy Bilgini ürəkdən təbrik edirik.

Həmçinin yoxlayın

Azərbaycanlı millət vəkili Güney Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib

GADTB: Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin İran parlamentindəki deputatı Əlirza Novin Pezeşkian hökumətinin iqtisadi …

Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib

GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə …

Bir cavab yazın