Güney Azərbaycanın Qəzvin bölgəsinin “Azərin Nam” zavodunun fəhlələri işsiz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsinin “Azərin Nam” zavodunun fəaliyyətinin dayandırılması nəticəsində 60 fəhlənin işsiz qalıb.

Qəzvinin “Azərin Nam” zavodunun Qəzvin vilayətinin Elektrik Təchizatı İdarəsinə külli miqdarda borcunun olması ilə əlaqədar elektrik təchizatının dayandırılması nəticəsində zavodda işləyən 60 fəhlə işsiz qalıb.

Zavodun işçilərinin sözlərinə görə, texniki cəhətdən zavodun tökmə sənayesi sobalarına külli miqdarda zərər dəyib və bu zərər istehsalat müəssisəndə işləyən 60-a dək işçi qüvvəsinin əmək təhlükəsizliyini təhdid edir.

Qəzvin Elektrik Təchizatı İdarəsinin əməkdaşları iyulun 8-də külli miqdarda borcun yığılması ilə əlaqədar Qəzvinin “Azərin Nam” zavoduna daxil olaraq istehsalat birliyinin elektrik verilişini dayandırıblar.

Həmçinin yoxlayın

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. …

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Bir cavab yazın