Cümə axşamı , Avqust 18 2022
azfa

Güney Azərbaycanın sərvətlərini talayan İran rejimi Vərziğanda kəndlilərin evini uçurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın sərvətlərini talayan İran rejimi artıq Vərziğanda kəndlilərin evini dağıdaraq mədənlərə qatır.

İyulun 5-də Güney Azərbaycanın Vərziğan bölgəsinin Kikavar kəndində Süngün mis mədənini genişləndirmək üçün Kikavar kəndinin əhalisinin məcburi köçürülməsinə cəhd edilib.

Əhali şirkət rəhbərliyinin kənd evlərini dağıtmaq üçün cəlb etdiyi texnikanın kəndə girişinə mane olmağa çalışıb. Bu zaman əhali ilə məmurlar arasında qarşıdurma baş verib. Kənddə bir neçə kənd ev uçurulub.

Evi uçurulan bir qadın infarkt keçirərək ölüb.  Yalnız bundan sonra söküntü işləri dayandırılıb.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanın dərvətlərini müstəmləkəçi kimi talayır və yerli əhaliyə isə yoxsulluq və ekoloji fəlakət miras qoyur. Bu azmış kimi üstəlik əhalıinin evləri uçurulub, mülkləri də əlindən alınır.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …