GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur Futbol Komandası ilə İstanbulun Beşiktaş komandası arasında ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədi ilə müxtəlif idman sahələrində əməkdaşlıq müqaviləsi imzalanacaq.
Traxtur Klubunun sahibi Məhəmmədrza Zunuzi və Beşiktaş klubunun rəhbəri Əhməd Nurçebi, xüsusilə futbolda idman əlaqələrinin inkişafını vurğulayan bir anlaşma memorandumu imzalayıblar. Həmçinin iki komanda arasında iki yoldaşlıq oyunu keçirməyi qərara aldılar.
Razılaşmağa görə iki komanda arasındakı qarşılaşmanın vaxtı hələlik müəyyənləşməsə də, müvafiq olaraq oyunun Təbriz və İstanbul şəhərlərində keçirilməsinə qərar verilib.
İki Türk klubunun başçıları arasındakı görüşdə Zunuziyə Beşiktaşın forması hədiyyə edilib.