Güney Azərbaycanın Traxtur komandası rəqibinə qalib gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın Traxtur futbol komandası Səhənd stadionunda Şəhre Xodro komandasını 3-1 hesabı ilə məğlub etdi.

İran üzrə futbol klublarının super liqa yarışlarının 11-ci həftəsində təxirə salınmış oyun bu gün dekabrın 24-də Təbrizin Səhənd Stadionunda baş tutub.

3-1 hesabı ilə rəqibinə qalib gələn Traxtur komandası xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Azərbaycanlı tərəfdarlar stadionda hər zaman olduğu kimi milli şüarlar səsləndirib. Onlar xüsusilə Azərbaycan türkcəsində təhsil tələbilə “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndiriblər.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın