Şənbə , Mart 25 2023
azfa

Güney Azərbaycanın Traxtur komandası Xoyun zəlzələ bölgəsinə yardıma gedəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandasının üzvləri zəlzələdən Xoyun zəlzələ bölgəsinə zəlzələdən zərər görən vətəndaşlara yardım üçün həmin bölgəyə gedəcək.

Bu barədə “Traxtur” komandasının kapitanı Mehdi Kiyani açıqlama verib:

Mehdi Kiyani deyib: “Bu həftə içində soydaşlarımızla həmrəyliyimizi bildirmək və onlara əlimizdən gələn qədər yardım etmək üçün Xoy şəhərinə səfər edəcəyik”.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. Molla rejimi isə qışın şaxtasında evsiz qalan əhaliyə yardım etmir, hətta yardım edən əhaliyə də mane olur.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …