Cümə , Fevral 3 2023
azfa

Güney Azərbaycanın Xalxal bölgəsində 26 Azərdə türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı divarlara qrafit çəkilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xalxal bölgəsində 1946- cı ildə azər ayının 26-da Pəhləvi rejimi tərəfindən Güney Azərbaycanda kütləvi şəkildə kitabların yandırmasının növbəti ildönümü ilə əlaqədar şəhərin divarlarına qrafitlər çəkilib.

Bir qrup azərbaycanlı incəsənətkar və milli-mədəni fəal bu aksiya ilə Pəhləvi rejiminin azərbaycanlılara qarşı törətdiyi mədəni soyqrımı unutdurmamaq və bu soyqırımı gənc nəslə xatırlatmaq məqsədilə həmin aksiyanı keçiriblər.

Divarlara çəkilən qrafitdə “Azərbaycana qarşı mədəni soyqrım” sözü yazılıb. Həqiqətən də bir millətin dilində olan kitabların yandırılmasının mənəvi soyqırım kimi dəyərləndirlir. Belə ki, 17 dekabr 1946- cı ildə Pəhləvi hakimiyyətinin məmurları günahsız Azərbaycan millətinə qarşı fiziki soyqırım törətdikdən sonra, onların dilində olan kitabların yandırılması ilə onlara qarşı mədəni və mənəvi soyqrım da törətmişdir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib. …

İran Azərbaycana Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım …

Bir cavab yazın