Şənbə , Aprel 20 2024
azfa

Güney azərbaycanlı millət vəkili Azərbaycan ordusunun uğurlarını təbrik etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz və Üşnəviyyə bölgələrinin millət vəkili Əli Zəncani Həsənluyi Azərbaycan Ordusunun Qarabağ cəbhəsindəki uğurlarını təbrik etdi.

Zəncani Həsənluyi öz Telegram səhifəsində paylaşdığı təbrik mesajında Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsini təbrik edərək azərbaycanlıların bu xəbərləri sevinclə qarşıladığını bildirib.

Zəncani Həsənluyinin təbrik mesajında deyilir: “Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində illərdir işğal altında olan bir sıra kəndlər, mühüm yüksəkliklər və strateji əhəmiyyətə malik olan mövqelər azad edilib. Bu tanrının vəd etdiyi qələbədir”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın