Cümə , Aprel 19 2024
azfa

Güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin həbs məsələsinə Ali Məhkəmədə baxılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran şəhərində Evin zindanının 8-ci bölməsində həbsdə saxlanılan güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin vəkili Fəqihi onun həbs hökmündən etiraz şikayəti verdikdən sonra siyasi məhbusun dosyesinə İran adlanan ölkənin Ali Məhkəməsinin 35-ci şöbəsində baxılacaq.

Məlumata görə, əgər Mirzayinin vəkilinin etiraz şikayəti Ali Məhkəmədə təsdiqlənərsə, Siyamək Mirzayinin dosyesi yenidən Apelyasiya Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Siyamək Mirzayi 2016-cı il iyul ayının 14-ü axşam saatlarında Parsabad şəhərində yaxalanıb. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə, daha sonra isə Tehranın Evin zindanına köçürülüb. Azərbaycanlı milli-mədəni fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı qəsd və qanunsuz qurup yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib. Lakin Apellyasiya məhkəməsi fəalın dosyesinə yenidən baxmış və onuun həbsini 3 ilə yendirmiş, həmçinin siyasi məhbusa 1 il Təbəs şəhərinə sürgün qərarı çıxarılmışdır.

 

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın