Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza Qənbəriyə verdiyi həbs müddətlərini çəkmək məqsədi ilə bir müddə əvvəl həmin fəalları həbs edərək zindana köçürülüb.

Azərbaycanlı fəallar həbsdən əvvəl 2022-ci ilin noyabrında barələrində açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər zəmanət kimi mülk sənədi qoyuluşu ilə müvəqqəti azad olunub və bir müddət sonra Cavad Məhhəmmədifərd 5 il 6 ayadək və Əlirza Qənbəri 6 il 2 ayadək həbsə məhkum olunub.

Qeyd edək ki, Cavad Məhhəmmədifərd 2022-ci ilin iyul ayında  “milli təhlükəsziliyə qarşı hərəkət” və “Xaməneyi və Xomeyni barədə təhqir” ittihamları, Əlirza Qənbəri isə həmin ilin avqustu “hakimiyyətə qarşı qruplarda üzvlük”, “Xomeyniyə təhqir” və “hakimiyyətə qarşı təbliğ” ittihamları ilə həbs edilmişdilər.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …