Cümə axşamı , May 2 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bildirişi

GADTB: 20 Yanvar Azərbaycan Türk Millətinin rus əsarətinə qarşı mübarizə və qəhrəmanlıq salnaməsidir. 20 Yanvar faciəsi müasir dövrdə Azərbaycan tarixinə ümummilli hüzn günü kimi düşsə də, əslində müstəqilliyi və azadlığı uğrunda ayağa qalxmış Azərbaycan Türk Millətinin müstəmləkəçi imperiya ordusu qarşısında misilsiz qəhrəmanlıq günü kimi tarixə düşmüşdür. 20 Yanvar faciəsində rusların Azərbaycanımızın quzeyində müstəqilliyə can atan Azərbaycan Türk Millətinə divan tutduğu kimsəyə sirr deyildir. Müasir dövrümüzdə hər zaman Türkə qarşı rus və erməni fitnəkarlığı, millətimizə qarşı böyük fəlakətlərlə nəticələnib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə də Sovet-rus ordusu və tankları azadlığı üçün ayağa qalxmış əliyalın Azərbaycan Türk Millətinin üzərinə hücuma keçmişdir. Faciə zamanı Bakıda və Quzey Azərbaycanın digər bölgələrində 146 şəxs öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Lakin Azərbaycan milləti Sovet-rus ordusuna qalib gəldi. Azərbaycanın başına gətirilən bu faciə bir başa Rusiya tərəfindən törədilmişdir və ruslar hər dövrdə olduğu kimi indi də bütün regionda dəhşətli qırğınlar və faciələrin səbəbkarıdırlar.

1990-cı il yanvarın 20-də Quzey Azərbaycanda Azərbaycan Türk Milləti sübut etdi ki, əliyalın bir millət dünyanı qorxuya salan Sovet-rus imperiyası və rus qoşununa sinə gərib, qalib gələ və müstəqilliyini bərpa edə bilər. Millətimizin Quzey Azərbaycanda dünyanın iki böyük gücündən birinin tankları qarşısında dayanıb misilsiz qəhrəmanlıq göstərməsi, təkcə Quzey Azərbaycanın müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi tarixə düşməmiş, həm də müstəqilliyi uğrunda mübarizə aparan Güney Azərbaycana və ümumiyyətlə türk dünyasına böyük dərs olmuşdur.

Ruslar tarixən təkcə Azərbaycanın quzeyində deyil, Azərbaycanın güneyində də böyük fəlakətlərə səbəb olublar. Təkcə Urmiya, Salmas və Xoy bölgələrində 200 min Azərbaycan türkü rusların bir başa təşkilatlandırıb silahlandırdığı erməni-aysorların əli ilə 1918-ci ildə soyqırımın qurbanı oldular. Təbriz və Azərbaycanın başqa bölgələrində də yüzlərlə Azərbaycan oğlu öldürülüb, Azərbaycanın sərvətləri talanmışdır. Heç bir dövrdə rus Azərbaycan türkünə fəlakət və bədbəxçilikdən başqa heç nə verməmişdir. Günümüzdə də rusların müxtəlif bölgələrdə türk millətinə qarşı düşmənçiliyi davam edir. Azərbaycan Orusunun işğal edilmiş Azərbaycan ərazilərini işğaldan azad edərkən rusun bu müqəddəs vəzifəyə mane olmağa çalışmışdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 20 Yanvarı Azərbaycan Türk Millətinin rus işğalı və əsarətinə qarşı mübarizə və qəhrəmanlıq salnaməsi kimi dəyərləndirir və inanır ki, Azərbaycan Türk Milləti əli yalın rus imperializminə qalib gəldiyi kimi bütün işğalçıları yenməyə qadirdir. Bu gün Azərbaycanın güneyində də Azərbaycan Türk Milləti öz müstəqilliyi və azadlığı uğrunda 20 yanvar şəhidlərindən ilham alaraq mübarizəsinə davam etdib və qalib gələcəyinə inanır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …