Şənbə , Oktyabr 17 2026
azfa

Urmiyanın Durnalar Yuvası Satadionundan şüarlar; “Urmu gölü can verir!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində Durnalar Yuvası stadionunda volleybol yarışında azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndirib.

Onlar xüsusilə Urmiya gölünün acınacaqlı vəziyyətinə etiraz ediblər.

Azərbaycanlı tərəfdarlar stadionda aşağıdakı şüarları səsləndiriblər:

“Urmu gölü can verir!

Türk dilində mədrəsə, olmalıdır hər kəsə!

Tərbriz, Zəngan, Ərdəbil- bu səs Urmudan gəlir!

Azərbaycan qızları göylərin ulduzları və s. şüarlar səsləndiriblər.

Qeyd edək ki, Ətraf mühit sahəsində mütəxəssislərin fikrincə, Urmiya gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükə altına qoyub və bu ərazi sakinlərinin məcburi köçünə səbəb olacaq.

https://www.youtube.com/shorts/h7OxMlalmtc

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …