Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik mesajı

GADTB: Azərbaycan Ordusunun rəşadəti ilə 8 Noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Müzəffər Azərbaycan Ordusu igidliklə həmin gün dünyanın savaş tarixində mümkün olmayanı mümkün etdi. 28 il sonra Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Azərbaycanın Musiqi beşiyi Şuşanı erməni işğalından azad etmişdir.

Birinci Qarabağ savaşında işğalçı Ermənistana gizli yardım edən İranın fars-molla rejimi İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun ilk günlərdən irəliləməsini gördükdə artıq əl-ayağa düşərək açıq şəkildə işğalçı Ermənistana dəstək vermişdir. İran  rejimi silah-sursat dolu yük maşınlarını Ermənistana göndərmək və hətta PKK terrorçularını Qarabağa daşımaqla işğalçı Ermənistanın məğlub olmasına mane olmuşdur. Lakin Güney Azərbaycan İran rejiminin ciddi təzyiqlərinə baxmayaraq davamlı olaraq Azərbaycan Ordusuna dəstək nümayiş etdirib, İranın Ermənistana hərbi yardımlarını dayandırması və Nurduz Gömrük Məntəqəsinin bağlanmasını tələb etmişlər. İran rejimi isə Güney Azərbaycanın dinc etiraz nümayişinə divan tutaraq çox sayda azərbaycanlı fəalı həbs etmişdir.

İranın, Rusiyanın, Fransanın və bütün ermənipərəst ölkələrin səylərinə baxmayaraq, Azərbaycan Ordusu 44 gündə işğalçı Ermənistanı diz çökdürərək tarix yazdı. Noyabrın 8-də Qarabağın tacı, Azərbaycanın musiqi beşiyi – Şuşannın azad edilməsindən sonra artıq işğalçı Ermənistanın beli büküldü. Təslim olan Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını da müharibəsiz Azərbaycana qaytarmağa məcbur oldu.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycanın Zəfər Gününü münasibətilə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Dövlətini, Azərbaycan Türk Millətini və Türk Dünyasını ürəkdən təbrik edir!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …