Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Azərbaycan və Türkiyə Respublikalarının prezidentlərinə qarşı çıxışlarla bağlı bildirişi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaqla yanaşı daima yeganə müstəqil dövlətimiz olan Azərbaycan Respublikasının dövlətçiliyini dəstəkləmiş, Quzey Azərbaycanın iqtidar-müxalifət ilişgilərinə yalnız açıq toplum, hüquq üstünlüyü və şəffaf siyasət prizmasından yanaşmışdır.

GADTB, Azərbaycan Respublikası vətəndaşlarının azad və hər türlü sosial, siyasi basqılardan uzaq tutulan azad seçiminə ümummilli əmanət kimi yanaşmış, onun qorunması üçün bütün güneyli-quzeyli soydaşları ayıq-sayıq olmağa çağırmışdır.

Sözsüz ki, Azərbaycan Respublikasının hüquq, demokratik, çağdaş və modern dövlət olması 50 milyonluq mədəni millətimizin ən içdən arzusudur. Və doğrudur ki, toplum içində alışqanlığa dönüşən təpədən aşağaya rüşvət, karrupsiya, özbaşınalıq və yoxsulluq bütün millətimiz kimi bizi də incidir. Ancaq, bu boşluqları bəhanə edərək, aşırı həyəcanla iqtidar adına Azərbaycan dövlətçiliyini hədəfə almağın özü də siyasi əxlaqa sığmayan siyasi karrupsiya sayılır.

Son zamanlarda Güney Azərbaycana qarşı cəsarətsizlikdə, qeyri millilikdə və biganəlikdə ittiham edilmə bəhanəsi ilə Azərbaycan Respublikası prezidentinin ünvanına ağır sözlər səsləndirən bir güneyli təşkilat başqanının çıxışlarına sıx-sıx rast gəlinir. Bu soydaşımız, qapalı gözləri ilə ağzına gələn etikisiz sözlərilə İlham Əliyevə və Receb Taib Erdoğan cəbablarını həfə almaqdadır. Siyasi etikadan uzaq, soydaşlıq, yurddaşlıq və bütövlük amacına qarşı olan belə duyğusal çıxışların Azərbaycan Milli Hərəkatına ziyandan başqa heç bir faydası yoxdur.

Özünü Güneyin lideri kimi göstərən bu soydaşın çıxışlarında nəyinki siyasi tutarlıq və diplomatik dil yoxdur, eyn zamanda Güneyin milli davası ilə bağlı ən ufaq milli-siyasi stratejik dərinlik belə, gözə çarpmır.   

GADTB, belə hesab edir ki, Güney Azərbaycan davasının başlıca dayağını Quzey Azərbaycan və Türkiyə qardaşlığında aramaq gərəkir. Unutmamaq gərəkir ki, Güney davasının təməli türklük və Türk qardaşlığına söykənmişdir. Bu üzdən, hər hansı siyasi qarşıdurmalar üzündən Türk bütövlüyünün zədələnməsinə izin verilməməlidir. Açıqcası, Güney adına ümummilli həmrəyliyə zərbə vuracaq keçici siyasətlərdən uzaq durmaq gərəkir.

Şəxsi ehtiras və hesablar üzündə Azərbaycan və Türkiyə prezidentlərinə ihanət dolu təhqirlərin əsəbi həyəcanı siyasi karizmaya sığmayan davranışlar olaraq, Güney davasını yönləndirən  Azərbaycan Milli Hərəkatı (AMH) ilə yaxından-uzaqdan bağlılığı yoxdur.

GADTB Güney Azərbaycanın bütün milli-siyasi təşkilat və şəxsiyyətlərini ayıq olmağa, bütün güclərini duyğusallıqdan uzaq tutaraq, sırf Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmağa və Azərbaycanın düşmənlərinin istifadə edə biləcəyi hər hansı hərəkətə yol verməməyə çağırır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın