Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) fars rejimin dil oyunu ilə bağlı bildirişi

GADTB: Güney Azərbaycanı işğal edərək, müstəmləkəyə çevirmiş fars şovinist rejimi Azərbaycan türk millətinin oyanışı və müstəqillik uğrunda əzmini görərək, min bir hiylə və oyunla Azərbaycan Milli Hərəkatı fəallarının başını qatmağa və onları müstəqillik düşüncəsindən yayındırmağa çalışır.

İrqçi və işğalçı fars rejiminin bu istiqamətdə yeni taktikası isə rejimin təhsil naziri kimi heç bir ciddi səlahiyyəti olmayan şəxsinin ağzından rejimin əsl anti-türk və irqçi yanaşmasını ortaya qoyması, seçkiqabağı rejimə bağlı olan imam cümə, millət vəkilləri və s. rejimə bağlı rəsmilərə zahiri tənqid şəraiti yaratmaqla onlara simpatiya yaratmaq və milli hərəkatın gücünü şovinist rejimin daxili çəkişmələrində sıfıra endirməkdir. İrqçi fars-molla rejimi bu taktika ilə Güney Azərbaycan Milli Hərəkatını öz əsl amacı olan Güney Azərbaycanın istiqlalı düşüncəsindən yayındırmaqdır.

Hər bir Azərbaycan türkünün də bildiyi kimi, irqçi fars rejimi Güney Azərbaycanda təkcə Azərbaycan türkünün dilini qadağan etməmişdir. Bu şovinist rejim bütövlükdə Güney Azərbaycanı işğal edərək, müstəmləkəyə çevirmiş, vətənimizi parça-parça bölərək, millətimizi vəhşicəsinə assimilyasiya və farslaşdırmağa məruz qoymuşdur. İrqçi fars-molla rejimi təkcə bununla kifayətlənməmiş, Azərbaycanın böyük bir hissəsinin kürdləşmədirməkdədir. Vaxtilə regionun ən inkişaf etmiş ölkəsi olan Güney Azərbaycan irqçi Pəhləvi rejimi, indi isə fars-molla rejiminin müstəmləkəçilik siyasəti nəticəsində məqsədli şəkildə geri saxlanılmışdır. Bu rejim hətta Güney Azərbaycanın ətraf mühitinə belə rəhm etməmiş, Urmiya gölünü qurutmaqla, məqsədli şəkildə Azərbaycanı ekoloji fəlakətlə qarşı-qarşıya qoymuşdur. Ona görə də Güney Azərbaycanın tək dərdi, onsuz da şovinist rejimin heç vaxt verməyəcəyi türk dili dərdi deyildir. Rejimin müstəmləkə siyasəti nəticəsində bütün Güney Azərbaycan məhv edilməkdədir. Güney Azərbaycan yalnız öz müstəqilliyini əldə etməklə öz yurduna, öz xalqına və öz dilinə sahib çıxa və onun üçün yaradılmış problemləri həll edə bilər. Yoxsa şovinist fars rejimi onillər boyu özünün irqçi və anti-türk xislətini sübut etmiş və indi də yalnız Azərbaycan Milli Hərəkatı ilə dil məsələsində oyun oynayır. Hamıya aydındır ki, Azərbaycan türk millətinin ana dilində təhsil almaq hüququ bu rejimin irqçi xislətinə tamamilə zidddir və rejim heç vaxt Azərbaycan türk millətinin hüquqlarını tanımayacaq.

Bu reallıqları nəzərə alaraq, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan türk millətini irqçi fars-molla rejiminin dil oyununa uymamağa və bütün gücünü Güney Azərbaycan yeganə qurtuluş yolu olan müstəqilliyə yönəltməyə səsləyir.

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın