Çərşənbə axşamı , May 26 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Güney Azərbaycanda müəllimlərin tətil və etirazlarına dəstək bildirişi

GADTB: Bu gün işğalçı və irqçi fars rejiminin müstəmləkə və irticai siyasəti nəticəsində bütün insanlarla yanaşı müəllimlərin də hüquqları pozulur. 39 ildir müəllimlər maddi-mənəvi basqı və təzyiqə məruz qalırlar. İndi isə fars-molla rejiminin dayaqlarının laxlamağa başladığı bir vaxtda cəmiyyətin ziyalı qismi ilə düşmənçilik və ayrı-seçkilik siyasəti daha da kəskinləşmiş və onların işi qarşısında uyğun əmək haqqı belə ödənmir. Nəticədə müəllimlər son illərdə daha kəskin sosial-iqtisadi problemlərlə də qarşı-qarşıya qalıb.

Güney Azərbaycan müəllimləri isə sosial-iqtisadi problemlərlə yanaşı rejimin irqçi siyasəti nəticəsində həm də müstəmləkəçi bir rejimin rəsmi dövlət dilini öz millətinin övladlarına öyrətmək məcburiyyətindədir və daha böyük mənəvi zülm və basqıya məruz qalırlar. Belə ağır zülmə məruz qalan müəllimlər isə etiraz etdikdə zaman-zaman təzyiq, həbs və hətta şərlənərək, edama məruz qalıblar.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bütün müəllimlərimizi bu haqlı etiraz və tətillərində dəstəkləyir, onların haqq-hüquqlarının bərpa edilməsini tələb edir. İnanırıq ki, cəmiyyətimizin mənəvi təbəqəsi olan və yeni nəslimizi tərbiyə edən müəllimlərimizin mövqeyi effektiv təsirə malikdir və bu etirazlar işğalçı və irtiai fars-molla rejiminin süqutunu daha da sürətləndirəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın