Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) irticaçı və işğalçı fars-molla rejimin cinayətləri barədə bildirişi

Azərbaycan türkünün və başqa millətlərin ərazisini işğal edən işğalçı və irticaçı fars-molla rejiminin millətimizə qarşı cinayət və zülmü artıb. Bununla yanaşı son günlərdə ABŞ-ın baş terrorçu Qasım Süleymani və onun yetişdirdiyi terrorçuları məhv etməsi bu cinayətkar və irticaçı molla rejiminin ətrafına topladığı geri zəkalı və geri qafalı insanları küçələrə çıxarmasına səbəb oldu. Bundan məqsəd islam pərdəsi altında fars şovinizmini gücləndirmək və yaymaqdır..

İrticaçı və işğalçı fars rejimi ölkəni terrorizmin mənbəyinə və ixracatçısına çevirib, qonşu ölkələrdə geri qafalı insanları işə almaqla terrorçu qruplaşmalar formalaşdırıb region ölkələrini qan gölünə boğublar. Rejim bu istiqamətdə sübut etdi ki, ən təhlükəli və qaniçən terrorçuları bunlar hazırlayırlar. Ancaq bu terrorçularla da region millətlərini qana boyuyurlar.

Molla rejimi geri qalmış, zamanla ayaqlaşa bilməyən irticaçı, irqçi və terrorçu rejim olaraq ABŞ və Qərbə yalnız hədə-qorxu oyunu oynayır. Bu irticaçı rejimin ancaq işğal etdiyi Güney Azərbaycana, qeyri-fars xalqlara və bir də V kalon vasitəsilə nüfuz etdiyi qonşu ölkələrin məzlum xalqlarına gücü çatır. Yalnız əliyalın həmin xalqların azadlıq ruhunu qan gölündə boğmağa gücü çatır. Bu gün Güney Azərbaycanda yüzlər soydaşımız adi insani haqlarını tələb etdiyi üçün rejimin zindanlarında işgəncə altındadır. Minlərlə fəalımız hər gün çeşidli təzyiqlərə məruz qalır.

Son aylarda işğalçı fars rejimin basqıcı mahiyyətinin üzə çəxması və daha artıq maliyyə imkanlarının zəifləməsi ilə öz mahiyyətini pərdələmək üçün ABŞ-ın əl-ayağına dolaşmağa və vaxtı keçmiş irticaçi şüarlarına qayıtdılar. Onlar İraqda əhəmiyyətsiz bir ABŞ əsgərini öldürməklə son hadisələrə start verirlər. Ardınca ABŞ molla rejimin terrorçu qruplarından Həşdişəbinin bazalarıan hücum edir, daha sonra baş terrorçu Qasım Süleymani və onunla birlikdə 12 terrorçunu məhv edir. İran isə baş terrorçunun qol-qıçını toplamaqla şəhər-şəhər gəzdirib və əhalini də zorla vida mərasiminə gətizdirir və Kermanda bir küçəyə sıxışdırmaqla 78 nəfər insanın ayaq altda qalıb ölməsinə 300-dən insanın xəstəxanalıq olmasına səbəb olur. Ardınca isə ABŞ-la razılaşdırılmış raket zərbəsi tamaşası zamanı sərnişin təyyarəsini vurmaqla 180 nəfər günahsız insanı qətliam edir. Bu isə məsələnin görünən tərəfidir. Əslində rejimin dağıcıdı siyasəti ölkədə hər sahəni aşındırıb və gündə bir avtobus və başqa nəqliyyat vasitəsilə aşınmış ehtiyat hissələrilə qəzaya səbəb olmaqla yüzlərlə insan həyatını itirir.

Əslində 40 ildir irticaçı molla rejimi yalandan ABŞ-ı hədələyib onunla müharibə etdiyini iddia etsə də, əslində gülləni bu regionda olan xalqlara, xüsusilə Güney Azərbaycan türkünə atır və onları qırır. Halbuki, molla rejiminin ağ yalan danışdığı daha hamıya məlumdur və yalançılıq, eləcə də riyakarlığın mollanın və Xamneyinin xislətinin tərkib hissəsi olması artıq inkar edilməz faktlarla sübut edilib. ABŞ-la razılaşıb baş terrorçu Qasım Süleymaninin qısası görüntüsü üçün ABŞ əsgərlrinin olmayacağı nöqtələrə raket zərbəsi tamaşası icra edərkən Xamneyinin qulağının dibindən – Tehrandan göyə qalxan sərnişin təyyarəsini vurub 180 günahsız insanı qətliam edirlər. Dünya ilə ayaqlaşa bilməyən bu irqçi və irticaçı rejim min bir yalan uydurmaqla raketlə vurduğu təyyarənin vurulmasını pərdələməyə çalışdı. Lakin inkaredilməz fakt qarşısında rəzil olub dünya ictimaiyyətini aldatdıqlarına etiraf etməyə məcbur oldular. Rəzil duruma düşmüş Xamneiyə haq qazndırmaq üçün isə yalandan bildiriblər ki, guya Xamneiyə 2 gün sonra məlumat veriblər.

Bu gün heç bir ölkə Tehranın irticaçı rejiminin əməllərini ört-basdır edə bilməz. Bu gün dünya bu rejimin böyük təhlükə olduğu anlamalıdır. Riyakar Xamneiyə ağam, Putinə qağam deyənlər bilməlidirlər ki, hətta onların da canları təhlükədədir və hamının qapısı döyüləcək. Güney Azərbaycan, Quzey Azərbaycan, Türk dünyası və ümumiyyətlə sivil dünya təhlükədədir.

Biz Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) olaraq irqçi və işğalçı fars rejiminin bütün Azərbaycana təhlükəsini görür və buna qarşı mübarizə aparırıq. Biz Güney Azərbaycanda sivil, demokratik və müasir Azərbaycan türk cümhuriyyətini qurub və millətimizi bu əsarətdən qurtarmağı qarşıya məqsəd qoymuşuq. Biz istəmirik irtica və fars şovinizmi Azərbaycan türkünü oyan-buyana sürüyüb ölümə versinlər. Məqsədimiz müstəqil və azad Azərbaycandır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın