Çərşənbə , Noyabr 13 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xocalı soyqırımının ildönümü münasibətilə bildirişi

GADTB: Rusiyanın bölgəmizə ayağının açıldığı gündən Azərbaycan Türk Millətinin başına gətirilən bəlalar və onlara qarşı törədilən soyqırımlar tükənmək bilmir. Millətimizə qarşı törədilən belə soyqırımlardan biri də 1992-ci ildə birbaşa rus qoşununun himayəsi və iştirakıilə törədilən Xocalı soyqırımıdır. Fevralın 25-də erməni silahlı qoşunu SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş rusun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edərək, şəhəri hər tərəfdən mühasirəyə aldılar. Ermənilər axşam çağından şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Hər tərəfdən mühasirə alınmış dinc əhali, uşaqlar, qadınlar, yaşlıların bir hissəsi ermənilərin atəşi nəticəsində qətliam edildi. Fevralın 26-ı səhər saat 5-də şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində qalmış şəhərdə təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq şəhəri yerlə yeksan etmiş erməni qoşunu və rus motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdub, onları qəddarlıqla soyqırıma məruz qoymuşlar.

Azərbaycanın qədim Xocalı şəhərində törədilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca olmaqla 613 nəfər qəddarlıqla qətliam edildi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi, qarınlarını kəsib körpələrini belə öldürmüşlər. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi.

Ermənilərin rusların maşası kimi Azərbaycan Türk Millətinə qarşı soyqırım siyasəti tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə iki yüz ildən bəri davam edir və 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə bu soyqırəm siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı soyqırımın qurbanı olmuşdur. 1918-ci ildə təkcə Güney Azərbaycanın qərb bölgəsində- Urmiya, Salmas və Xoy ərazilərində ermənilər rəsmi statistikaya görə 200 min Azərbaycan türkünü soyqırımla məhv etmişlər.

Bu gün də rusların diktəsi ilə ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin davam etməsini görməkdəyik. Sırf rusun müdaxiləsi ilə 44 günlük II Qarabağ müharibəsində yenə də Xocalı erməni əsirliyində qaldı. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Qrossi: İran başa düşməlidir ki, beynəlxalq vəziyyət getdikcə gərginləşir və manevr sərhədləri azalır

GADTB: Atom Enerjisi üzrə Beynəlxaql Agentliyin rəhbəri Rafael Grossi xəbərdarlıq edib ki, İranın nüvə proqramında …

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib

GADTB: Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə keçirilən bugünkü dinləmədə Ermənistanın minalar …