Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Yenigün bayramı münasibəti ilə Türk millətinə təbrik mesajı

GADTB: Dünyanın ən qədim xalqlarından olan türk milləti yer üzündə təbiətin oyanış bayramı olan Yenigün-yaz bayramını bəşəriyyətə töhfə etmişdir. Bu bayram türk insanının ilkin həyat tərzi, əkinçiliyi və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və Şumerlərdə belə Yenigün bayramı keçirilmişdir.

“Divani Lüğət-it-türk”də də bu milli bayramımız “Yengigün” (Yenigün) kimi qeyd edilmiş və daha sonralar farscaya hərfi tərcümə edilərək Novruz şəklində türk imperatorluqlarının ərazisində işlədilmişdir. “Yenigün” sözü türk sultanlarının (Səlcuqlu Məlikşah) göstərişi ilə farscaya tərcümə edildiyi üçün bir çox bölgələrdə Novruzi Sultan və Sultan Novruzu şəklində işlədilmiş və hətta bir sıra türk ölkələrində bu gün bu şəkildə işlədilməkdədir. Böyük Səlcuqlu sultanı Məlikşahın təqvim islahatlarından sonra tərcümə forması xüsusilə yayılmışdır.

Üç qitənin min illər boyu hakimi olmuş türk milləti qanadları altına sığınmış bir sıra xalqlardan da bu gözəl ənənəsini əsirgəməmiş və onlar da Yenigün-yaz bayramını mənimsəyib qeyd edirlər.

Böyük türk millətinin qədim bayramı olan Yenigün-yaz bayramı bu gün də türk millətinin ortaq mirası kimi Türk dünyasını birləşdirir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Yenigün-yaz bayramı münasibəti ilə Güney və Quzey Azərbaycanda türk millətini, eləcə də Türk dünyasını təbrik edir, millətimizə mutluluq və aydın gələcək, Güney Azərbaycan da daxil olmaqla əsarətdə olan digər türklərə azadlıq və müstəqillik arzulayır.

Yenigün-yaz bayramınız mübarək!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …

Bir cavab yazın