Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi törəninə Güney Azərbaycan türkünü qətliam edən Pəhləvinin oğlunun dəvət edilməsinə etraz edir

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi törəninə Güney Azərbaycan türkünü qətliam edən Pəhləvinin oğlunun dəvət edilməsinə etrazımızı bildiririk

Amerikanın Vaşinqton şəhərində Azərbaycan Elçiliyinin (Səfirliyinin) təşkil etdiyi Cümhuriyyətimizin 100 illiyi münasibətinə keçirilən mərasimdə üzüntülü səhnəyə şahid olduq. Azərbaycan Türklərini qətliam edib, qan qusduran  Pəhləvi sülaləsinin qalıntısı Rza Pəhləvinin heç bir siyasi vəzifəsi olmadan Azərbaycan Cümhuriyyəti tərəfindən rəsmi qonaq olaraq, dəvət olunmasını Bütün Güney Azərbaycan Türkünə təhqir, minlərlə şəhidimizin qanına sayğısızlıq və Güney Azərbaycana arxa çevrimək kimi görünməkdədir. Daha üzüntülüsü burdadır ki, bu ürək acidan hadisə heç də təsadüfi  deyil və hətta Azərbaycanın İradəsindən xaric kimi görünür. Pəhləvinin siyasi Alternativ göstərməyə çalışan çevrələrin, Güney Azərbaycan Türkü ilə alay etməyi buraxıb və məsələlərə daha da real baxmağa çağırırq .Çünki, Güney Azərbaycan Türkünün iradəsini görməməzlikdən gələn hər hansi bir projə və alternativ kəsinliklə Güney Azərbaycan Türkünün şilləsi ilə qarşılaşıb, yeniligiyə uğrayacaqdır.

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) Rza Pəhləvinin Azərbaycan Cümhuriyyəti mərasiminə dəvətinə şiddətlə etirazını bildirib, Azərbaycan Cümhuriyyətimizin səlahiyyətli məsullarından açıqlama gözləməkdədir. Bununla yanaşı bildirmək isteyirik ki, Güney Azərbaycan Türkü İran işğalına qarşı qurtuluş savaşını ardıcıllıqla davam edib, müstəqil Güney Azərbaycan Cümhuriyyətini quracaqdır. Güney Azərbaycan İstiqlalçılar Birliyi elan edir ki, İran adı altında və tərkibində olmaq istəmir və belə bir dövləti də heç bir ad və mahiyyətlə qəbul etmir. Güney Azərbaycan türkləri olaraq, bütün gücümüzlə ona qarşı savaşıb, məğlub edəcəyik.

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB)

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Bir cavab yazın