Çərşənbə , Aprel 24 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) işğalçı fars rejimin kürd açılımı ilə bağlı bildirişi

GADTB: İşğalçı Tehran rejimi kürd açılımı ilə Güney Azərbaycana qarşı yeni həmlələr planlamaqdadır

Kürd məsələsi Azərbaycan türk millətini düşündürən məsələlərdən biridir. Azərbaycanın qonşuluğunda yaşayan kürdlərin içində reallıqdan uzaq olan qrupların var olması və belə qrupların Azərbaycan topraqlarına göz dikməsi hər kəsə məlumdur. Təbii olaraq işğalçı Tehran rejimi və məntəqədə öz çıxarlarını düşünən xarici dövlətlər kürdlərin bu ədalarından məharətlə yararlanırlar. Azərbaycan topraqlarına göz dikən kürd başçıları da bu keçici və məqsədli himayələri fürsət bilərək faydalanmağa çalışıb, öz uzun vədəli çıxarlarını diqqətə almadan rahtcasına oyuna gəlmiş olurlar. Son günlərdə açıqlanan İran işğalçı rejiminin kürd başçıları ilə qapı arxalarında gürüşmələri fitnənin boyutlarının göstərgəsidir. Rejim çeşidli dövrlərdə də kürdlərin tanınmış şəxəsləri ilə görüşüb, sonrada onları terror etmələri də hər kəsə məlumdur.

Bu gün rejimin ağır siyasi, iqtisadı böhran içində olduğu bir anda təkrar kürd başçıları ilə danışıqlar aparması məqsədli bir addımdır. Rejim onlardan maşa kimi yararlanmaq istəyir. Xüsusilə Azərbaycan və ərəb millətlərinin qurtuluş mübarizəsi İran terrorçu rejiminə qarşı ən ciddi təhdid olduğuna görə rejim kürdlərin yayılmasına imkan yardaraq, onları silahlandırır. Eləcə də onların iddia etdikləri topraqları vəd edərək Güney Azərbaycana saldırılarının yolunu hamarlayb, bu vasitə ilə də onu təhdid edən ən güclü qüvvəni (Azərbaycan Milli Hərəkatını) başqa cəbhədə məşğul edərək böhranlı vəziyyətdən çıxış yolu axtarır. İşğalcı Tehran rejimi burada bir oxla neçə hədəfi vurmağa çalışır.

  1. Kürdlərə qarşı durmaqdansa onları öz yanına almağa çalışır (Bir orqanizə olmuş müxalifdən xilas olur).
  2. Kürdləri, Azərbaycan və ərəblərə qarşı yararlanaraq bu iki güclü müxalifi özündən uzaqlaşdırıb, başqa bir cəbhədə məşğul etmək istəyir.
  3. Kürd başçıları ilə anlaşaraq onlara qarşı kontrollu saldırılarla bir-iki kürdü öldürərək özünü Azərbaycanın qoruyucusu kimi göstərib ETTELAAT mamurlarını işə salaraq, rejim pasdarlarının şəhid olduqlarını təbliğ etməklə, azərbaycanlıların himayəsini qazanmaq istəyir.
  4. Kürdləri Azərbaycan ərazilərinə yerləşdirərək azərbaycanlıları bu ərazilərdən uzaqlaşdırmaq istəyir.
  5. Azrbaycan və Türkiyə sərhədində demoqrafık dəyişikliklə bağlantını kəsmək və buna görə də daxili böhran şəraitində kürdlərdən başqa millətlərə qarşı vurucu güc kimi istifadə etməyi düşünür. O anda özünü vasitəçi kimi göstərmək niyyətindədir.

Amma belə bir oyun kürd xalqı üçün xoş bir nəticə verən bir iş deyildir. Xüsusilə azərbaycanlılar kürdlərlə yaxşı qonşuluq əlaqəsi saxlamaq istədiy halda, Azərbaycan topraqlarına göz dikənlə də kəsin mübarizə aparmağa qərarlıdır. Əlbəttə, onların bu hərəkətləri öz xalqlarına xeyir gətirməyəcəkdir. Topraq iddiası qəbul edilməzədir. Tehranın işğalçı rejiminə uyub, oyuna gəlmələri uzun vədəli olaraq kürdlərə yaxşı nəticə bağışlamayacaqdır.

Belə oyunların aparıldığı bir şəraitdə üzümüzü öz millətimizə çevirib demək istəyirik ki, millətimiz çox ayıq və hər cəhətdən hazırlıqlı olmalıdır. İrqçi rejimin Batı Azərbaycanda kürdləşdirmə siyasətinə qarşı canla – malla fədakarlığa hazır olmalıdır. Qarabağ faciəsi təkrar olunmamalıdır. Rejimin oyuncağına çevrilən kürd qruplarına qarşı onların anlayacağı dildə cavab verilməlidir. Bunu da xatırlatmaq yerində olar ki, kürd və türk millətlərinin ortaq və ana düşməni İranın işğalçı rejimidir. O hədəfə alınmalıdır. Ona qarşı ortaq mübarizə daha əlverişli və məqsədəuyğundur. Birـ birimizə qarşı durmaq Tehran rejiminin istəyidir . Aşkarca öz əlini qana batırmadan gəlib vasitəçi rol oynamaq istəyir. Başqa sözlə desək, öz ağalığına legitimlik qazandırmaq niyyətindədir. Buna icazə verilməməlidir.

Məhv olsun İranın işğalçı rejimi…

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB)

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın