Güney Azərbaycan “Qarabağ bizimdir, bizim qalacaq” şüarı ilə ayağa qalxdı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 1 mart 2019-cu il Güney azərbaycanın Təbriz şəhərində 100 minə yaxın azərbaycanlı “Qarabağ bizimdir, bizim qalacaq” şüarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib, işğalçı Ermənistan və irqçi fars rejimin Tehranda Azərbaycanın ərazi bütövlüyünə qaşı cəhdini pislədilər.

Azərbaycanlı gənclər Təbrizin “Traxtor” futbol komandası ilə İsfahanın “Sepahan” komandası arasında keçirilən yarışda ermənilərin təxribatına qarşı üzərində “Karabakh is the land of Azerbaijan” (Qarabağ Azərbaycan ərazisidir) şüarı yazılmış banner qaldırıblar.

Azərbaycanlı gənclər həmçinin “Qarabağ bizimdir, bizim qalacaq”, “Azərbaycan bir olsun mərkəzi Təbriz olsun” və s. şüarlar səsləndiriblər.

Stadionda rejimin qüvvələrinin hücumuna rəğmən azərbaycanlı fəallar Ermənistan bayrağını yandırıb, Azərbaycan bayrağı qaldırıblar.

 

 

 

 

Həmçinin yoxlayın

Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq

GADTB: Zəngəzur dəhlizi üzərindən bütün enerji və logistik resurslar Türkiyəyə çatdırılacaq Yaxın zamanda Zəngəzur dəhlizi …

Vaxtilə Türk əsgərinə xiyanət edən Fələstin, bu gün də Türkiyəyə xiyanət edir

GADTB: Türkiyə prezident Ərdoğanın Türk Dünyası mənafeyini Fələstinə qurban verməsinə baxmayaraq, vaxtilə Türk əsgərinə xiyanət …

Bir cavab yazın