Güney Azərbaycan şəhərlərində azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə çoxsaylı posterlər yapışdırılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən Urmiya, Təbriz, Ərdəbil, Əhər, Tehran, Muğan bölgəsi və digər şəhərlərdə azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas Lisani, Siyamək Mirzayi, Lətif Həsəni, İbrahim Nuri və digər azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə çoxsaylı posterlər hazırlanaraq divarlara yapışdırılıb.

Tehran şəhərində Abbas Lisani başda olmaqla bütün azərbaycanlı məhbusları posterləri hazırlanaraq divarlara yapışdırılıb. Azərbaycanlı fəallar beləliklə azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Əhərdə və Urmiyada da milli-mədəni fəallar şəhərdə minlərlə poster yayaraq Abbas Lisaninin qanunsuz həbsinə etirazlarını bildiriblər.

Təbrizdə, Ərdəbildə, Urmiyada, Muğanda və digər Azərbaycan şəhərlərində azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə geniş şəkildə divarlara şüarlar yazılıb.

Həmçinin yoxlayın

Əndirgan mədəni ətrafında meşə zolağı dağıdılır

GADTB: Güney Azərbaycanın Vərziğan bölgəsində  Əndirgan mədəni ətrafında meşə zolağı məhv edilir. Azərbaycanlı ekofəal Əhməd …

İranın yeni nüvə silahı obyekti aşkarlanıb

GADTB: “Fox News”un yaydığı məlumata görə, peyk görüntülərinə görə Semnan əyalətində İranın əvvəllər açıqlanmayan nüvə …

Bir cavab yazın