
GADTB: Güney Azərbaycanın Təbriz və Bicar şəhərlərində rabitə sahəsində çalışmış təqaüdçülər müavinətlərini ala bilməməsi və tələblərinin yerinə yetirilməməsi səbəbindən etiraz aksiyası keçirir və öz haqlarını tələb edirlər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.