Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər növbəti dəfə etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 29-da təqaüdçülər Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya və s. şəhərlərində etiraz aksiyası keçiriblər.

Azərbaycanlı dövlət təqaüdçüləri və həmkarlar ittifaqı Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin Dövlət Təqaüd Fondunun binası qarşısında qanuni tələblərinə dövlətin laqeyd yanaşdığı barədə plakatlar nümayiş etdirib şüarlar səsləndirərək etiraz ediblər.

Təqaüdçülər etiraz aksiyalarında şüarlar səsləndiriblər: “Həbs edilən müəllimlər azad edilsin!”, “Yarıtmaz məsul istefa versin!”

Təqaüdçülər Fondunun binası qarşısına toplaşan müəllimlər, inflyasiya və məişət problemlərinin artmasına baxmayaraq, təqaüdlərin artmamasına etiraz ediblər. Bununla yanaşı, onlar həbs edilən müəllimlərin azadlığını tələb ediblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …