Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı müəllim Qulamrza Əsgərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 29-da təqaüdə çıxmış Ərdəbildən olan azərbaycanlı müəllim Qulamrza Əsgəri rejimin məmurları tərəfindən həbs edilib.

Onun narazı təqaüdçülərin etiraz aksiyalarında iştirak etdiyinə görə həbs olunduğu güman edilir.

Ərdəbil Təhsil işçilərinin Həmkarlar İttifaqı Təşkilatının üzvü Bəhram Neməti bununla bağlı bildirib ki, avqustun 29-da müəllimlərin etiraz aksiyasına hazırlaşmalarından əvvəl molla rejiminin məmurları Qulamrza Əsgərinin evinə hücum edərək onu yaxalayıb və naməlum yerə aparıblar.

Neməti həbs edilən müəllimin Ərdəbilin tanınmış mədəniyyət xadimlərindən və İran-İraq müharibəsi qazilərindən olduğunu, ailəsinin onun harada saxlanılması ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını deyib.

Qeyd edək ki, avqustun 29-da Ərdəbil, Urmu və Təbriz şəhərlərində təqaüdçü müəllimlər etiraz aksiyası keçiriblər. Etirazçı müəllimlər “Məhbus müəllim azad edilsin!” yazılmış plakatlar qaldıraraq, həmkarlarının sərbəst buraxılmasını tələb ediblər.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …