Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Güney Azərbaycanda baş verən 1 Xurdad (22 may) ayaqlanmasının 16-cı İl dönümü ilə bağlı bildirişi

GADTB:  İran Fars rejiminə qarşı Siyası-Sinfi etiraz aksiyalarından himayə edərək, millətimizi başqaldırmağa çağırırıq!

Başı uca Azərbaycan Türk Milləti!

Bildiyiniz kimi,

1 Xurdad (22 May) Güney Azərbaycan Türklərinin İran-Fars işqal rejiminə qarşı milli mücadiləsinin ən parlaq və unudulmaz günlərindəndir.

1 Xurdad’dan başlayarq Güney Azərbaycan’ın 30 dan çox şəhərində (Haray Haray Mən Türkəm! Təbriz Bakı Ankara, Biz hara Farslar hara! Azərbaycan bir olsun mərkəzi Təbriz olsun! və bu kimi şuarlarla milyonlar Azərbaycan türkü xiyavanlara çıxaraq İran rejiminə etiraz edib, onlarla şəhid və yüzlərcə yaralının qəhrəmanlığı ilə tarix yazdı.

Şəhidlərimizin bizə əmanət etdiyi milli davamızı gənc bozqurdlarla birlikdə son qələbəyə daşıyıb, Fars rejiminə son vermək amacıyla  bütün millətimizi başqaldırımaya çağırırıq!

İran rejimi 1 Xurdad xatirəsini unutdurmaq üçün hər fitnəyə əl atır.

Qalx ayağa Azərbaycan!

”Azərbaycan Türk Milləti” Güney Azərbaycanda ayrı-seçklik, milli zülm ilə yanaşı ağır ekonomi və gündən-günə artan bahalıqla qeyi-insani və haqsız yaşam tərzinə məruz qalmışdır. Bu gedişata son vermənin zamanı gəlmişdir!

Bugün 1 xurdad  xatirəsini yaşatmaq, hər bir şərəfli Azərbaycan türkünün  borcudur. Sırf buna görə, hərkəsi dünyanın hər yərində ,özəlliklə də Güney Azərbaycan’da 1 xurdad’ın  ildönümü ilə bağlı eyləmə, seminara, konfransa və daha önəmlisi xiyavan etirazlarına cağırırıq!

Hər gün eyləm günü ve hər yer eyləm yeri olmalıdır!

Biz bu fürsətləri əldən verməməliyik. Millətimiz türkcə milli şüarlarla ayaqlanmalıdır. “Azadlıq, Ədalət, Milli Hökumət!” bizim gələcəyimizdir. Fars şovinist sisteminə son vermək üçün uca millətimizi ”Güney Azərbaycan Təşkilatları İşbirliyi Merkezini” dəstəkləməyə çağrırıq!

İran rejiminə qarşı mübarizənin daha da etgili olması üçün soydaşlarımızı təşkilatlarımıza qatılarağa, düzənli mücadilə verməyə çağırırıq!

Milli zülmün altında olan millətlər ilə əməkdaşlığı daha güçləndirməliyik!

Güney Azərbaycanda və İran adlanan dövlətin ərazısında yaşayan Türk millətinin və başqa qeri-fars millətlərin demokratik, insani  haqlarının əldə edilməsi üçün uluslararası ilgili orqanlara, topluluqlara və demokratik ölkələrə baş vurmalı, yardım istəməliyik.

 Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:

Azadlıq Cəbhəsi (GAMAC)

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

Güney Azərbaycan Demokrat Partiyası (GADP)

Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)

Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …