Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Əyyub və Davud Şiri qardaşları qısa telefon əlaqəsində ETTELAAT-ın təcridxanasında saxlandıqlarını bildirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Əyyub və Davud Şiri qardaşları ailələri ilə qısa müddətli telefon əlaqəsində yaxalandıqdan sonra ETEELAAT-ın təcridxanasında saxlandıqlarını deyiblər.

Azərbaycanlı fəal Əyyub Şirini həbs etmək üçün İran ETTELAAT qüvvələri dörd avtomobildə fəalın iş yerinə basqın etmişdilər.

Məmurlar Əyyub Şirini yaxaladıqdan sonra onun iş yerinin yaxınlığında olan bütün kameraları söküb aparıblar.

Qeyd edək ki, mayın 19-da Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılmışdılar.

Azərbaycanlı fəallar Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …