Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycan Təşkilatlari İşbirliyi Mərkəzinin Zəngəzur dəhlizinin açılması və İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanatı

GADTB: Zəngəzur dəhlizinin açılmasına mane olmaq məqsədilə İran fars rejimi tərəfindən rəsmi olaraq yenə də Azərbaycanın tarixi ərazi gerçəklikləri təhrif olundu, saxta və əsassız bəhanələrlə hədələyici açıqlamalar səsləndirildi. İranın uydurma “İran-Ermənistan sərhədinin bağlanması” bəhanəsi əslində onun anti-Azərbaycan və anti-Türk düşmənçiliyindən qaynaqlanır. Bu bir faktdır ki, İran fars rejimi illərdir işğalçı Ermənistan üzərindən erməni və kürd (PKK, PJAK və s.) terror örgütlərini bəstləyir, Ermənistan ərazisini narkotik və silah qaçaqmalçılığı üçün tranzit olaraq istifadə edir.

Ona görə də İran Zəngəzur dəhlizinin açılması ilə bağlı  yersiz açıqlamaları ilə əslində bölgədə təhlükəsizlik və sabitliyə qarşı çıxır,  regionun siyasi və iqtisadi gəlişməsinə mane olmaqla sülh və əməkdaşlığın yaranmasını istəmir.

Bu məqsədlə İran rejimi həm də himayə etdiyi terror-təxribat qrupları vasitəsilə din adı altında Azərbaycana qarşı fars siyasi şiəçilik təbliğatı aparır. Son günlərdə İranın radikal şiə ünsürlərinin anti-Azərbaycan fəaliyyətlərinin artması, Londondakı Azərbaycan səfirliyinə hücumun təşkili və dövlət bayrağımızın təhqir olunması onun Azərbaycan dövlətçiliyinə qarşı ideolojik və terror xarakterli düşmənçiliyinin  açıq sübutudur.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi hər zaman Azərbaycan dövlət və dövlərçiliyinin yanında olacağını bəyan edir, İran rejiminin bölgəsəl və qlobal strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi ətrafındakı hədələyici tutumunu qınayır və İran fars rejimindən Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat planlarını dayandırmasını tələb edir.

GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZI

Azadlıq Cəbhəsi (GAMAC)

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan  Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)

Güney Azərbaycan  Demokrat Partiyası (GADP)

Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)

Güney Azərbaycan Demokratik Türk  Birliyi (GADTB)

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …