Cümə axşamı , Avqust 27 2026
azfa

Güney Azərbaycanda 4 min il yaşı olan türk kurqanları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Qaradağ bölgəsində Əbəlli kəndində atın da sərkərdə ilə dəfn edildiyi türk kurqanları aşkarlanıb.

Məlumata görə Əbəlli kəndində noyabr ayından qazıntılar nəticəsində 4000 illik tarixi olan həmin kurqanlar aşkarlanıb. Qazıntıya rəhbərlik edən Məhəmməd Feyzxah müxbirlərə deyib ki, Əbəlli kurqanında qazıntılar zamanı böyük daşlar götürüləndən sonra skelet üzərindən törpaq örtüyü götürülmüş və iki dəfn yeri (həm sərkərdə, həm də atın dəfn yeri) müəyyənləşdi. Kurqanlarda 3 at cəsədi aşkarlanıb. O sümüklərin davamsız olduğunu bildirərək sağlam şəkildə çıxarılmasının ehtimalının zəif olduğunu açıqladı.

İrqçi fars rejimi isə türk adına heç bir üstünlüyə dözə bilmədiyi üçün kəşf edilən türk kurqanlarının köçəri tayfalara aid olduğunu uydurmaq istəyib. Lakin kurqanların türklərə aid olması sübut edilmiş məsələdir və kimsədə şübhə doğurmur.

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …

Bir cavab yazın