Bazar ertəsi , İyun 15 2026
azfa

Güney Azərbaycanda Azərbaycana dəstək mitinqində tutulanların sayı və onları son vəziyyəti

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana təcavüzünü pisləmək və Azərbaycan ordusuna dəstək məqsədilə Güney Azərbaycanın bir sıra şəhərlərində dəstək aksiyası keçirildi. Həmin aksiyalarda işğalçı Ermənistana dəstək verən irqçi fars rejim Azərbaycana dəstək aksiyalarına divan tutub və çox sayda azərbaycanlı fəalı yaxalamışdır.

Urmiyada azərbaycan milli-mədəni fəal Şiva Mücərədin ailəsinin rejimin polis orqanlarından bildiriblər ki, fəal Urmiyada  polisi idarəsinə çağırıldıqdan sonra həbs edilib. Fəalın hazırda harada saxlanıldığı barədə məlumat verilmir.

Urmiya universitetində elektrik mühəndisliyi ixytisası üzrə təhsil alan azərbaycanlı öyrənci Fərid Xurşidi də iyulun 16-da Urmiyada  “Doqquz Pillə” məhəlləsində yerləşən rejimin polisi idarəsinə çağırılıb və orada yaxalanıb. Hələlik onun da vəziyyətindən heç bir məlumat verilmir.

Urmiyadan olan milli-mədəni fəallar Səhənd və Səid Behnəmun da iyulun 16-da həbs olunsalar da, bir gecə saxlandıqdan sonra zaminə buraxılıblar.

Tehranda isə Ermənistan səfirliyi qarşısında keçirilən dinc etirazda həbs edilən azərbaycanlı fəal Həmid Cabbarlının bacısı öz “Twitter” səhifəsində  yaydığı bir yazıda qardaşınn onlara telefon əlaqəsi saxlamasından xəbər verərək yazıb ki, zindandakı təhlükəsizlik qüvvələri qardaşının onlarla türk dilində danışmasına imkan verməyiblər və zorakılıqla ondan fars dilində danışmasını istəyiblər. Bu isə telefon əlaqəsinin kəsilməsinə səbəb olub.

İki gün öncə Təbrizdə həbs edilən fəallar Rəhim Sasani və Sədulla Sasaninin ailə üzvlərinin bildirdiyinə görə, fəalları rejim Təbrizdə mərkəzi zindanın karantin bölməsinə salıb.

İyulun 16-da Təbrizdə Azərbaycan konsulluğu qarşısında yaxalanan Həkimə Əhmədi və Yasəmin Zəfərinin də taleyi və harada saxlanmaları haqda məlumat yoxdur.

Urmiyada isə iki gün əvvəl polisə çağırılan Salar Tahir Əfşar həbs edilərək, artıq Urmiyada zindna köçürülüb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın