GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəngan və s. şəhərlərində yaşayan azərbaycanlı milli hərəkat fəalları Azərbaycan Respublikasının Zəfər Gününü qeyd edibləe. Onlar bu münasibətlə bağlı broşurlar yayıblar.
Broşurlar yazılıb:
“Biz Azərbaycanın özüyük.
Zəfər Günü mübarək olsun!
Azərbaycanın Qarabağı azad etdiyi 44 günlük müharibə təkcə sadə bir müharibə deyildi, həm də Arazın bu tərəfi də daxil olmaqla bölgənin tarixində dönüş nöqtəsi idi. Ötən 30 il ərzində Ermənistan İran və Rusiyanın da köməyi ilə Qarabağı işğal etdi və insanın ağlına belə gəlməyəcək cinayətlər törətdi, oradakı insanları qovdu, hər yeri viran etdi. Ancaq 30 illik həsrətdən sonra nəhayət tarixi Qarabağ torpaqları ana vətəninə geri döndü və bütün bunlar anlaşmalarla yox, Azərbaycan oğullarının misilsiz rəşadəti ilə gerçəkləşdi.
44 günlük savaş dövründə Arazın bu tərəfi də səbirsizliklə xəbərləri izlədi, bəzən sərhədlərə doğru yollandı və ictimai şəbəkələrdə hər bir halda Azərbayaca öz dəstəklərini bildirdilər. Ancaq təbii ki, buradakı əmniyət mühiti daha geniş fəaliyyətə icazə vermir.
İranın hökumət başçıları müsəlman olduqlarını iddia etsələlər də, işğal dövründə olduğu kimi, yenə də Ermənistanı dəstəkləməyə davam etdi. İranda 40 milyon Azərbaycan türkünün olmasından çəkinən İran hökuməti açıq şəkildə bunu bəyan edə bilməsə də, əməldə Ermənistanı dəstəklədilər.ərdi. İranın Rusiyadan gələn silahların ermənilərə daşınmasında müstəsna rol oynaması Güney Azərbaycanda əhalini etiraza qaldırdı.
Türkiyə isə qardaş ölkə olaraq Azərbaycanın yanında yer aldı və 44 günlük müharibədən sonra bu gün torpaqlarımız Ermənistan işğalından azad olundu.
İran rejiminin milli fəallara qarşı basqıları, Güney Azərbaycandakı mədənləri və sərvətləri talaması, əsassız bəhanələrlə bölgədə müharibə salmağa çalışması və digər amillər Tehran rejiminin Azərbaycana qarşı düşmən mövqeyini sübut edir.
Güney Azərbaycan türkləri olaraq Vətənin səsinə səs verməyi və Zəfər Gününü əziz tutmağı milli borcumuz bilirik. Göstəririk ki, biz Azərbaycanın özüyük”.